Kürdəmirdə mikroavtobusla avtomobil toqquşdu - Xəsarət alanlar var

 15:23 03.06.2023     550

Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" markalı avtomobilin sürücüsü Əliyev İlham Hümbət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusla toqquşub.

Nəticədə mikroavtobusda olan iki nəfər - Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Həsənov Orxan Xalid oğlu, 1976-cı il təvəllüdlü İmanzadə Natiq Əli oğlu və "Toyota Prado"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.