Anasını və qardaşı arvadını bıcaqladı

 22:20 03.06.2023     415

Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb. 

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.