Goranboyda piyadanı maşın vurub öldürdü

 08:57 05.06.2023     983

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Goran-Qızılhaclı yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Bəylərov Naili vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.