Bakıya məcburi eniş edən təyyarənin əcnəbi sərnişini öldü
Çinin Honkonq şəhərində anadan olmuş, həm Çin, həm də Böyük Britaniya Krallığının - ikili vətəndaşlığı olan Tsang Yau Keungun Bakının Mərkəzi Klinik Xəstəxanasında ölüb.
Redaktor.az xəbər verir ki, aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, mayın 29-da Tsang Yau Keung Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib.
Bu zaman təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib və Tsang Yau Keung təcili tibbi yardımın müşayiəti ilə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib. Xəstəxanada müayinə zamanı Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyyən edilib. Daha sonra Mərkəzin reanimasiya şöbəsində tibbi yardım səylərinə baxmayaraq o, dünyasını dəyişib.
Araşdırma aparılır.