Ucarda kombaynın təkəri partladı - Bir nəfər öldü

 10:31 05.06.2023     365

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H.Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən