“8-ci kilometr bazarı”nda yenə yanğın oldu - VİDEO

 10:41 05.06.2023     313

Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı”nda başlayan yanğın söndürülüb. 

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan mağazanın yanar konstruksiyaları 2 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.