Goranboyda yol qəzası - 4 nəfər xəsarət aldı

 08:31 06.06.2023     873

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Goranboy rayon Sarov kənd ərazisində 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində 1950-ci il təvəllüdlü Rəhim Əşrəf oğlu Quliyev, 2006-cı il təvəllüdlü Elgün Teymur oğlu Bayramov, 2007-ci il təvəllüdlü Şəhriyar Vüqar oğlu Əhmədov və 2007-ci il təvəllüdlü Zərqəm Ruslan oğlu Məmmədov xəsarət alıblar.

Zərərçəkmişlər Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıblar.

Onlardan birinin vəziyyəti orta-ağır, digərlərinin kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır (report).