Bu rayonda sürüşmə İNTENSİVLƏŞİB

 17:16 07.06.2023     438

Lerik rayonunun Hamarmeşə kəndinin Qoqaçöl məhəlləsində yaşayan 15 ailə təhlükə ilə üz - üzə qalıb. Buna səbəb isə son vaxtlar yağan intensiv yağışların dağlıq ərazidə sürüşməni aktivləşdirməsidir.

Redaktor.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hazırda aktiv sürüşmə zonasında 1 ev yaşayış üçün yararsız hala düşüb.

Torpaq sahəsinin mühafizəsi və sürüşmənin qismən qarşısını almaq üçün ərazidə təqribən 30 metr uzunluğunda istinad divarları tikilib. Buna baxmayaraq torpaq sürüşməsi və böyük torpaq kütləsi həmin divarı dağıdıb.

Ərazidəki təhlükəli vəziyyətlə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb. Evi qəzalı vəziyyətdə olan Rauf Əhmədova bildirilib ki, müvəqqəti olaraq öz həyətindəki köməkçi tikiliyə yerləşsinlər.

FHN mütəxəssisləri ərazidə araşdırmalar aparacaqlar, ondan sonra müvafiq qərarlar veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: