Goranboyda avtomobil maneəyə çırpıldı - Xəsarət alanlar var

 22:10 07.06.2023     886

Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində minik avtomobili maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, "Lifan" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində 1997-ci il təvəllüdlü Eltun Məmmədov və daha 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.