Doqquz mərtəbəli binada yanğın - 6 nəfər təxliyə edildi

 10:03 08.06.2023     302

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Bu barədə Redaktor.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.

Qaraçuxurda 9 mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib - VİDEO Qaraçuxurda 9 mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib - VİDEO Qaraçuxurda 9 mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib - VİDEO Qaraçuxurda 9 mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib - VİDEO