Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
Mingəçevir Su Anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Redaktor.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakini Təyyar Mustafayev, Yevlax rayon sakinləri Təbriz Yusifov, Yusif Əzizov, Yadigar Allahverdiyev, İlqar Məmmədov, Zaqatala rayon sakini Vüqar Həsənov, Neftçala rayon sakini Rüstəm Kazımov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - qurum rəsmisi bildirib.