Azyaşlı qızın zorlanmasına görə bir nəfər həbs olundu
Bakı şəhəri Suraxanı rayonunda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib:
"Hazırda ibtidai istintaqı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".