Bakıda aptekdən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

 16:47 08.06.2023     493

Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib: “Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir".

"Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, - DİN rəsmisi vurğulayıb.