"Medera Hospital"da FACİƏ:  Əməkdaşı plastik əməliyyatdan sonra öldü - FOTO

 20:23 08.06.2023     497

Xəbər verdiyimiz kimi, Bakıda “Medera Hospital"da plastik əməliyyat etdirən qadın vəfat edib.

Redaktor.az xəbər verir ki, Axar.az sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.

Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera Hospital"da qeydiyyat bölməsində işləyirmiş.

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Məlumat yayıldıqdan sonra bu qadının cərrah Günel Bayramlının ilk qurbanı olmadığı haqda sosial şəbəkələrdə iddialar da paylaşılıb.

Xanım ailəli olub, bir qız övladı var.

Sözügedən məsələ ilə bağlı hospitaldan bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallara isə cavab verilməyib.