Qayınatasını biçaqlayan saxlanıldı
Biləsuvar sakininə kəsici alətlə xəsarət yetirən kürəkəni saxlanılıb.
Redaktor.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, iyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-ci il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, A.A-nın keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.