Diş həkimi bıçaqlandı
Lənkəranda diş həkimi bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi,1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.
Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törətməkdə təsdiqli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır (report).