Qonşusunun evini soyan saxlanıldı
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2850 manat olan qızıl-zinət əşyaları oğurlandığı müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayonun Qəçreş kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzayev saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.