AA seriyalı avtomobil "Prius"la əlbir olub dayanacağı zəbt etdi - VİDEO

 20:00 09.06.2023     590

Nərimanov rayonu ərazisində 90-AA-057 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü kobud qayda pozuntusuna yol verib.

Redaktor.az "Avtosfer"ə istinadla xəbər verir ki, sürücü avtomobilini "Gənclik Mall" ticarət mərkəzinin qarşısında yerləşən avtobus dayanacağına park edib.

Onunla birlikdə 77-XB-567 dövlət nömrə nişanlı "Prius" və digər avtomobillərin sürücüləri "əlbir olub" avtobus sürücülərinə çətin anlar yaşadıblar. Dəfələrlə müşahidə etdiyimiz kimi, belə olan hallarda avtobuslar dayanacağa girməyib ikinci zolaqda sərnişinləri düşürərək onların həyatını riskə atırlar. 

Qeyd edək ki, belə olan halda həm avtomobil sürücüsü, həm də avtobus sürücüsü, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə məsuliyyətə cəlb edilə bilər.

Videonu təqdim edirik.

Bu xəbəri Facebook səhifəndə pay