Bakıda gənc qızı avtomobil vurdu
Bakının Xətai rayonunda 20 yaşlı gənc qızı avtomobil vurub.
Redaktor.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Cahangirova Sevər İlkin qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.