Bu rayonda küçəyə heyvan cəsədləri atan qadın CƏZALANDIRILDI

 13:06 10.06.2023     568

Biləsuvar rayonunda küçəyə heyvan cəsədləri atan qadın inzibati məsuliyyətə cəlb olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Rayon Polis Şöbəsinin apardığı araşdırma və yaxınlıqdakı kameralara baxış zamanı müəyyən edilib ki, iyunun 9-da səhər tezdən Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən şəhərin küçələri təmizləndikdən sonra, günorta saat 11:15-də şəhər sakini Hüseynova Nigar Fərəməz qızı tərəfindən ölmüş heyvan və quş cəsədi gətirilərək səkiyə atılıb.
Bununla əlaqədar olaraq rayon polis şöbəsi tərəfindən şəhər ərazisində infeksiya yayan heyvan cəsədlərini tutumlardan kənar yerlərə atdığına görə Biləsuvar şəhər sakini Hüseynova Nigar Fərəməz qızı İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən protokol tərtib olunmaqla inzibati məsuliyyətə cəlb edilib, bu hadisələrin bir daha təkrarlanmaması barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən gün sözügedən məsələ barədə məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən feysbukda paylaşılıb.