Bakıda məhbus həbsxanada öldü
Bakıda həbsxanada məhbus ölüb.
Redaktor.az “lent.az”a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş verib. Burada müalicə alan 64 yaşlı Əlipənah Əliağa oğlu Babayev dünyasını dəyişib.
Onun ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.