Bakıda avtomobil təmiri sexi yanıb

 19:59 10.06.2023     372

Bakı şəhərinin Səbail rayonunda yanğın olub.

Redaktor.az FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.