Atraksiondan yıxılıb ölən qadının son görüntüsü - VİDEO

 20:41 10.06.2023     823

Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində həyatını itirən şəxsin son görüntüləri yayılıb.

Redaktor.az "metbuat.az"a istinadla xəbər verir ki, bununla bağlı video sosial mediada paylaşılıb.

Belə ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Minayə Rasim qızı Nuriyeva iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkdakı atraksiyondan yıxılıb.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Həmin görüntüləri təqdim edirik: