Bu rayonda Kürün sahilində meyit tapıldı

 22:39 10.06.2023     740

Sabirabad rayonunda kişi meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Narlıq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Ağakişiyev Vüsal Ağakərim oğlunun meyiti Kür çayı sahilində tapılıb.

Onun ölümünün səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.