Kürdəmir sakinini tapança ilə öldürən şəxs saxlanıldı

 02:05 11.06.2023     582

İyunun 10-də 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovu odlu silahla öldürməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

"Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb", - deyə DİN rəsmisi bildirib. 

T. İSMAYIL