Şamaxıda yük avtomobili aşdı - Ölən var

 21:03 11.06.2023     428

Şamaxıda avtomobil yoldan çıxaraq aşıb, ölən var.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bu gün saat 18 radələrində rayonun Çöl Göylər kəndində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif dərəcəli xəsarətlər alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.