Hakim Zamiq Bağırovla bağlı araşdırmalara başlanıldı
Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovla bağlı araşdırmalara başlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb: "Bildiririk ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Həmçinin ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq".