Karxanada maşının təkəri partladı - Əməkdaş qolunu itirdi

 10:48 13.06.2023     495

İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.