Bu rayonda yaşayış binasında partlayış oldu

 21:17 13.06.2023     327

Siyəzən şəhərində, Tofiq İsmayılov küçəsində 51 saylı yaşayış binasında partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə zamanı 1994-cü il təvəllüdlü Vasif Ariz oğlu İsrafilov, 2013-cü il təvəllüdlü Banu Şahin qızı Hüseynova və 2013-cü il təvəllüdlü İlqarə Rais qızı Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

V.İsrafilovun vəziyyəti ağır olduğuna görə Bakıdakı xəstəxanaların birinə göndərilib.

Partlayış baş verən binada yaşayan sakinlər binadan təxliyə olunublar.

İlkin məlumata görə, partlayışa səbəb qaz sizması olub.

Faktla bağlı araşdırma aparılır.