Arvadını şöbədə güllələyən polislə bağlı son qərar verildi
Polis şöbəsində arvadını güllələyən serjant İsmayıl Məmmədovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.
Hakim Nazim Mövsümovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya məhkəməsinin qərarında hər hansı qanun pozuntusu olmadığını əsas gətirərək, şikayəti rədd edib.
Qeyd edək ki, İsmayıl Məmmədov arvadı Xanım Məmmədovanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində qətlə yetirib. O, özü də həmin şöbənin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmək üçün şöbəyə gəlib. İ.Məmmədov arvadını azyaşlı övladlarının gözü qarşısında xidməti silahla güllələyərək öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.