Qəzada yaralanan motosikletçi xəstəxanada öldü
Neftçalada yol qəzasında xəsarət alan motosikletçi xəstəxanada ölüb.
Redaktor.az xəbər verir ki, Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Yusifov Cavanşir Xəlil oğlu həkimlərin səyinə baxmayaraq, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə mayın 18-də H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi motosiklet Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir neçə gün bundan öncə Ə.Məmmədov da xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır (report).