Özünü ov tüfəngi ilə öldürdü

 09:10 16.06.2023     359

Ağdamda intihar hadisəsi baş verib. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ergi qəsəbəsində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Behbudov Elgiz İsmayıl oğlu ov tüfəngi ilə özünə atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, gənc Ağdam rayon xəstəxanasına çatdırılarkən yolda keçinib. 

İntiharın səbəbləri araşdırılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən