Bu rayonda gənc qadın doğuşdan sonra xəstəxanada öldü
Tovuz rayonunda gənc qadın doğuşdan sonra xəstəxanada ölüb.
Redaktor.az xəbər verir ki, iyunun 15-də rayon sakini, 2002-ci il təvəllüdlü Aygün Nəcəfova doğuş üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Qadın oğlan uşağı dünyaya gətirib. Doğuşdan 1 gün sonra isə A.Nəcəfova xəstəxanada vəfat edib.
Onun dünyaya gətirdiyi uşağın sağlıq durumu normaldır.
Hazırda qadının ölüm səbəbi isə araşdırılır (report).