Kürdə batan yeniyetmələrin meyitləri tapıldı - YENİLƏNİB

 22:16 16.06.2023     958

Neftçalada Kür çayında batan yeniyetmələrin adları məlum olub.

Redaktor.az xəbər verir ki, onlar Beşdəli kənd sakinləri - 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu və 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğludur.

Qeyd edək ki, hər üç yeniyetmə axşam saatlarında Kür çayında çimərkən boğulub. Onların meyitləri FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.