Bakıda avtomobil qadını vurub öldürdü

 09:41 17.06.2023     468

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, paytaxt sakini, 2004-cü il təvəllüdlü Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə mərkəz istiqamətində hərəkətdə olarkən yolun süni işıqlandırılmış, piyada keçidi olmayan hissəsindən keçən 1964-cü il təvəllüdlü Cabarova Şahsənəm Əli qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.