Qardaşını bıçaqlayıb öldürdü
Ötən gecə Biləsuvar rayonunun Xırmandalı kəndində törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Redaktor.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Abuzər Şirqasımov yaşadığı evdə qardaşı, 1984-cü il təvəllüdlü Amil Şirqasımovla yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb.
Bundan sonra Abuzər qardaşı Amilə çoxsaylı bıçaq xəsarətləri yetirib. Nəticədə sonuncu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Məlumata görə, hadisə baş verən zaman hər iki qardaş sərxoş vəziyyətdə olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirilir.