Bu rayonda partlayış oldu

 17:44 17.06.2023     426

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Aşağı​ Göynük​ kəndində, yaşayış evlərindən birində baş verib.

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü​ ​Yusifova Şəlalə​ Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı​ Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı​ Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).