Bakıda binada yanğın oldu: Sakinlər təxliyə edildi

 16:36 18.06.2023     506

Bakıda binada yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 kvadratmetr olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə, mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli 3 p.m yanıb.

Yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavan 15 kvadratmetr sahədə qarsalanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.