Xızıda bir neçə kəndin əhalisi köməksiz qaldı
Xızıda bir neçə şəxs kənddə köməksiz vəziyyətdə qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ağdərə kəndində köməksiz vəziyyətdə qalmış vətəndaşların təxliyəsi üçün Mülki Müdafiə Qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri və xüsusi texnikaları, o cümlədən ilk yardım üçün həkim briqadası cəlb olunub.