Bakıda 30 yaşlı oğlan bıçaqlandı

 09:32 19.06.2023     265

Bakıda 30 yaşlı oğlan bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Turan Məmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir (apa).