Bakıda pedofil azyaşlıya qarşı əxlaqsız hərəkətlər etdi - VİDEO

 12:14 19.06.2023     522

Bakıda pedofilin uşağı qorxutduğu iddia edilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Media.az" məlumat yayıb.

Şikayətçi Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin sakinidir.

Qəsəbə sakini bildirib ki, pedofil onun qızını qorxudub.

Kişinin dediyinə görə, naməlum şəxs qəsəbədəki evlərdən birinin həyətinə gələrək uşaqların oynamasını izləyib:

“O, bir müddət mənim velosiped sürən qızımı güdüb, daha sonra uşağın qarşısını kəsərək ona öz cinsiyyət orqanını göstərməyə başlayıb. Uşaq qorxub və sürətlə evə tərəf hərəkət edib. Rastlaşdığı adamın davranışından qorxuya düşən uşaq bizə başına gələnləri danışdı. Biz isə dərhal nəzarət kameralarının vasitəsi ilə həmən şəxsin kimliyini müəyyən etməyə qərar verdik”.

Qeyd edək ki, videoda 35-40 yaşlı kişinin velosiped sürən qızın arxasınca getdiyi, daha sonra qorxmuş uşağın cəld ondan qaçdığı əks olunub.

Artıq qızın valideynləri baş vermiş insidentlə bağlı polisə orqanlarına müraciət ediblər.