Bakıda kişi ayaq damarlarını kəsib özünü öldürdü
Bakıda dəhşətli intihar baş verib.
Redaktor.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, M.Cəfərov küçəsində qeydə alınıb.
Orada yaşayan, 59 yaşlı Ricayət Qara oğlu Hacıyev yaşadığı evin hamamında ayaq damarlarını kəsib.
Nəticədə çoxlu qan itirən R.Hacıyev yerindəcə keçinib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.