Zaqatalada sahibsiz itləri güllələyiblər - VİDEO

 12:15 20.06.2023     763

Zaqatala sakini Nizami Ramazanov sahibsiz itlərin güllələndiyi barədə məlumat yayıb.

Redaktor.az-ın məlumatına görə, iqtisadiyyat.az-a danışan heyvansevər bildirib ki, itlərə atəş açılmasını Tala kəndində olarkən eşidib və şəhərə yollanıb. O, yolda güllələnmiş itlərin naməlum istiqamətdə daşındığını görüb. Bunun ardınca onlara müdaxilə etmək istəyib və tərəflər arasında insident yaşanıb.

O anların videosunu çəkən N.Ramazanov görüntüləri bizimlə bölüşüb.