Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkət edən saxlanıldı - VİDEO

 15:37 20.06.2023     625

Paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb.

Araşdırma aparılır.

Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur.