Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı AÇIQLANDI
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaların qurbanı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), ANAMA və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı ilə birlikdə mina qurbanlarına dəstəyin artırılmasına və beynəlxalq mina təmizləmə standartlarının təşviqinə diqqət yetirilir.