Gədəbəydə polislə kənd sakinləri arasında qarşıdurma oldu - VİDEO

 20:08 20.06.2023     1073

Gədəbəyin Söyüdlü kəndində sakinlər süni göl tikintisinə mane olmağa çalışıblar.

Redaktor.az xəbər verir ki, onlar gölün suyunun təsərrüfata və əkin sahələrinə ziyan vurduğunu deyiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, tikintiyə müdaxilə edilib: “Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə qarşıdurmanın görüntüləri yayılıb.

Araşdırma aparılır.