Bakıda qadını şəkilləri ilə şantaj etdilər
Bakıda qadın şantaj edilib.
Redaktor.az Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
Polisə müraciət edən G.X Hikmət adlı şəxsin onun və ailə üzvlərinin şəkillərini sosial şəbəkədə yaya biləcəyi ilə hədələyərək, 8 min manat pulunu aldığını və daha 2 500 manat pul tələb etdiyini bildirib.
Daxil olan şikayət əsasında Qaradağ rayon polis idarəsi tərəfindən araşdırmalara başlanılıb.