İtkin düşən Yusifin Varşavada meyiti tapıldı

 14:14 22.06.2023     612

Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək  ki, Y.Həsənov itkin kimi axtarılırmış (qafqazinfo).