Goranboyda dəhşət: 25 yaşlı oğlan özünü asaraq öldürdü, nişanlısı intihara cəhd etdi
Goranboy rayonunda 25 yaşlı oğlan özünü ağacdan asaraq öldürüb, nişanlısı isə intihara cəhd edib.
Redaktor.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Camal Məmmədov kəndin ərazisindən keçən çayın kənarında özünü ağacdan asaraq intihar edib. Hadisədən sonra gəncin nişanlısı, 22 yaşlı İ.Bayramova özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihara cəhd edib. Qadın yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.