Goranboyda ev yandı - ölən var

 09:04 23.06.2023     828

Goranboy rayonunun Nizami kəndindəki ikimərtəbəli evlərdən birində yanğın olub, 1 nəfər ölüb.

Redaktor.az Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Yusibova Maya Abduləli qızı tüstüdən boğularaq dünyasını dəyişib.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.